ADA Universiteti XIV Karyera Sərgisi

ADA Universiteti XIV Karyera Sərgisi

24.04.2026 09:45

Əziz tələbələr və məzunlar,

ADA Universiteti sizi 14-cü Karyera Sərgisinə dəvət edir.

Tədbirin açılış mərasimində universitet və sənaye nümayəndələrinin çıxışları baş tutacaq. Karyera sərgisi çərçivəsində 150-yə yaxın dövlət və özəl şirkət iştirak edərək tələbə və məzunlara müxtəlif karyera imkanlarını təqdim edəcək, eyni zamanda şəbəkələşmə və peşəkar inkişaf üçün geniş imkanlar yaradacaq.

Tədbir müddətində iştirakçılar şirkətlərlə birbaşa ünsiyyət qurmaq, mövcud vakansiyalarla tanış olmaq və gələcək karyeralarını planlaşdırmaq imkanı əldə edəcəklər.

Məkan: ADA Universiteti, A və C binaları
Tarix: 24 aprel