ADA Universitetinin Qazax İncəsənət Mərkəzində Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı sərgi açılacaq.
Sərgidə Xalq rəssamı Arif Hüseynovun Səməd Vurğunun yaradıcılığına və milli-mədəni irsimizə həsr etdiyi əsərlər təqdim olunacaq. Ekspozisiya poeziya və təsviri sənəti birləşdirərək şairin ədəbi irsinə yeni baxış təqdim edir.
Sərginin xüsusi bölməsində Səməd Vurğunun Bakıdakı ev-muzeyinin kolleksiyasından şairə məxsus şəxsi əşyalar da nümayiş etdiriləcək.
Sərgi 3–31 oktyabr tarixlərində ziyarətçilər üçün açıq olacaq.
***
ADA University’s Gazakh Arts Center will host “El bilir ki, sən mənimsən” an exhibition marking the 120th anniversary of People’s Poet Samad Vurgun.
The exhibition will feature works by People’s Artist Arif Huseynov dedicated to Samad Vurgun’s poetry and Azerbaijan’s cultural heritage. Bringing together poetry and visual art, the exhibition offers a fresh perspective on the poet’s literary legacy.
A special section will also feature the poet’s personal belongings from the collection of the Samad Vurgun House Museum in Baku.
The exhibition will be open to visitors from October 3 to 31.