Dövlət İdarəetməsi

Azərbaycan dilində tədris olunan bu magistratura ixtisası 2 illik qiyabi proqramdır. Proqramın ənənəvi dərsləri bir semestr ərzində 4 modul, hər modulda 9 gün olmaqla ADA Universitetinin Qazax Mərkəzində keçirilir. Ənənəvi dərslərlə yanaşı, tədrisin ilk ilində tələbələrə akademik məqsədlər üçün onlayn ingilis dili dərsləri tədris edilir.

Bu tətbiqi proqramın əsasını dövlət qulluğunda uğurlu fəaliyyət üçün lazım olan biliklərlə yanaşı, tədqiqat, data əsaslı qərarvermə, maliyyə savadlılığı və kommunikasiya kimi praktiki bacarıqlar təşkil edir.

Qəbul şərtləri

Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə bilərlər. 

Müraciət prosesi:

  • DİM tərəfindən keçirilən qəbul imtahanlarında minimum 45 bal. Namizədin məntiqi təfəkkür üzrə balının yüksək olması arzuolunandır.

  • ADA Universitetinin elektron ərizə forması: www.ada.edu.az/en/apply

  • Müsahibədə iştirak

Elektron ərizəyə əlavələr:

  • Namizədin bu proqrama müraciət səbəblərini və gələcək karyera planlarını ifadə edən 300-500 sözlük inşa
  • Bakalavr diplomu və diploma əlavəsi ÜOMQ ilə birlikdə (ingilis dilinə tərcümə və notarial qaydada təsdiq ilə birlikdə)
  • Şəxsiyyət vəsiqəsi
  • CV
  • 3x4 sm ölçüdə fotoşəkil
  • Ərizə formasında verilən sual üzrə esse:

    İndiki dövrdə məlumat çoxdur, amma insanların bir-birinə inanmaması ciddi bir maneəyə çevrilir. Bəs bu vəziyyətdə, yalnız məlumatın (dezinformasiyanın) qarşısını almaq üçün dövlət, media və ya sıravi vətəndaşlar nə etməlidir? Bu problemə qarşı həyata keçirilə biləcək bir yolu təklif edin və niyə məhz bu yolun effektiv olacağını izah edin”.

    Yalnız seçilmiş namizədlər məqsədlərini və proqramla uyğunluqlarını daha ətraflı müzakirə etmək üçün müsahibəyə dəvət olunacaqlar. Dövlət qurumlarında iş təcrübəsi olan namizədlərə seçim prosesində üstünlük veriləcək.

     

Təhsil haqqı

Azərbaycan vətəndaşları üçün illik təhsil xərcləri 3000 AZN təşkil edir.

Faydalı sənədlər:

Müəllimlər
Elektron ərizə forması
Qazaxda qalmaqla bağlı məlumat

2024-2025-ci tədris ili üzrə akademik təqvim

26
2024-cü il qəbul statistikası
27
%
Qadın
73
%
Kişi
100
%
Məşğulluq göstəricisi
8
Məşğulluq sahələri
10
Bakalavr ixtisasları
33
Orta yaş göstəricisi

Bizimlə əlaqə

Tel: (+994 51) 207 10 10

E-mail: