Career at ADA

Təmizlikçi

İş öhdəlikləri:

  • Gündəlik təmizlik işlərini yerinə yetirmək;
  • Tədbirlərdən öncə və sonra ərazinin səliqəsini təmin etmək;
  • Müəyyən olunmuş ərazidə binanın xaricində təmizlik işlərinin yerinə yetirilməsi;
  • Binaların çöl və daxili şüşələrinin yuyulması;
  • Texniki təmizlik maşınlarından istifadə edərək ərazinin təmizliyinin təmin edilməsi;
  • Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
  • Binaların təmiz saxlanması üçün sanitariya və gigiyena qaydalarının vaxtında icrasını həyata keçirmək;
  • Yuyucu və dezinfeksiyaedici maddələrin konsentrasiyası və onların təhlükəsiz istifadəsi qaydalarına düzgün əməl etmək;
  • Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək;
  • Etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
  • Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Tələblər:

  • Vəzifə üzrə minimum 6 ay iş təcrübəsi;
  • Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Məxfiliyi qorumaq bacarığı;
  • Məsuliyyətli və mehriban davranış;
  • Təmizləyici vasitələrdən istifadə etmək bacarığı;
  • Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş ciddi gigiyena və təmizlik standartlarına riayət etmək bacarığı;
  • Arzu olunan yaş aralığı maksimum 22-30 yaşa qədər;

Qeyd edək ki, elan edilən vakansiya bəy namizədlər üçün nəzərdə tutulub.

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd etməklə recruitment@ada.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 10 yanvar, 2026.