ADA
Magistratura

Magistraturaya Qəbulu

ADA Universitetində magistr proqramına müraciət etmək qərarına gəldiyiniz üçün sizi təbrik edirik!

İstər yeni karyeraya başlamaq, istərsə də mövcud karyeranızda uğur qazanmaq istəyirsinizsə, ADA Universiteti sizin üçün doğru ünvandır. Tam və hibrid magistr proqramları ilə ADA Universiteti sıx iş qrafiki olan və uğur qazanmağa köklənmiş universitetdən yeni məzun olanlara, o cümlədən peşəkarlara uyğun təhsil təklif edir. Bəzi proqramlar istisna olmaqla, müraciət edilən ixtisas ilə əvvəlki ixtisasın uyğunluğu tələb olunmur.

Maliyyə dəstəyi

ADA Universiteti magistr proqrmalarına müraciət edən nazmizədlərə aşağıdakı kateqoriyalarda maliyyə yardımı təklif edir:

  • Magistr Köməkçi Proqramı: Bu maliyyə yardımı müsahibə nəticəsinə və ya yazılı imtahana əsasən qəbul zamanı seçilmiş ən yaxşı abituriyentlərə verilir. Seçilmiş tələbələr semestr qiymətlərinin 3.0 GPA olması şərti ilə təhsil müddətində 100% təhsil haqqından azad olunacaqlar. Ətraflı məlumat üçün proqram səhifələrini yoxlayın.
  • Tələbələr üçün akademik göstəricilərinə görə təqaüdlər: Semestrın sonunda hər bir proqramın ən yaxşı ortalama qiyməti toplayan 10% tələbələrinə təhsil haqqından 20% güzəşt verilir və sertifikatla təltif olunur.
  • Əlimərdan bəy Topçubaşov adına Beynəlxalq Təqaüd
  • Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün təhsil krediti
Bütün təqaüdlərin təfərrüatlarına burada baxın.

Müraciət Prosesi

Azərbaycanda Daimi Yaşayış İcazəsi olan namizədlər Azərbaycan vətəndaşları ilə eyni müraciət prosesini izləməlidirlər. Azərbaycan vətəndaşlığı da daxil olmaqla ikili vətəndaşlığı olan namizədlər Azərbaycan vətəndaşları ilə eyni müraciət prosesinə əməl etməlidirlər.

Müraciət etmək üçün siz ADA Universiteti Elektron Ərizə Formasını təqdim etməli və ADA Universitetinə müraciət prosesini tamamlamalısınız. Beynəlxalq tələbələrdən Azərbaycanda təhsil almaq üçün elektron ərizə təqdim etmələri tələb olunur. Bu ərizə forması ADA Universiteti elektron ərizə formasına əlavə olaraq mərkəzləşdirilmiş qəbul sistemidir.

Elektron müraciətinizin bir hissəsi olaraq sizdən aşağıdakı sənədləri təqdim etməniz tələb olunacaq:

  • İngilis dilinə tərcümə edilmiş və notarius tərəfindən təsdiq edilmiş bakalavr diplomu 
    • Bakalavr proqramının son ilində olanlar, universitetdən gözlənilən məzuniyyət tarixini bildirən arayış təqdim etməlidirlər
    • Bakalavr proqramının son ilində tələbələri yalnız iyulun sonuna qədər məzun olmaları gözlənildiyi təqdirdə müraciət edə bilərlər
  • İngilis dilinə tərcümə edilmiş və notarius tərəfindən təsdiq edilmiş bakalavr diplomuna əlavə və ya rəsmi transkript (diploma əlavə olmadıqda)
  • Təhsil və məşğulluq təcrübələrinizi əks etdirən CV/Resume
  • Son şəkil
  • Azərbaycan vətəndaşları üçün Şəxsiyyət vəsiqəsi
  • Xarici vətəndaşlar üçün pasport
  • Motivasiya məktubu. 400 sözdən çox olmamalıdır.
  • Test nəticələri:
    • İngilis dili test nəticəsi (ətraflı məlumat üçün aşağıya baxın)
    • Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanı (Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşamaq icazəsi olanlar üçün tələb olunur, ətraflı məlumat üçün aşağıya baxın)
Onlayn ərizənizi doldurduqdan və bütün sənədləri yüklədikdən sonra 40 AZN məbləğində geri qaytarılmayan ərizə rüsumunu ödəməklə ərizənizi təqdim edin.

DİM İmtahanı

ADA Universiteti DİM (Dövlət İmtahan Mərkəzi) tərəfindən magistraturaya qəbul imtahanının nəticəsini tələb edir. Bu test Azərbaycan və Azərbaycanda daimi yaşamaq icazəsi olan xarici vətəndaşlar üçün tələb olunur.
  • Bu test DİM veb-səhifəsində ayrıca qeydiyyat tələb edir.
  • İmtahan və son müraciət tarixləri üçün mütəmadi olaraq DİM veb-səhifəsini yoxlayın.
  • Minimum 45 bal tələb olunur
  • Müraciət edən namizədlər ərizələrini bu testdən keçməzdən əvvəl təqdim edə bilərlər, lakin ballar son müraciət tarixindən əvvəl göndərilməlidir.
İngilis dili biliyi

Müraciət edən namizədlərdən ingilis dili biliyi tələblərinə cavab vermək üçün aşağıdakı test ballarından birini təqdim etmələri tələb olunur (ikili dərəcə proqramlarında fərqli tələblər ola bilər, zəhmət olmasa, proqramın öz səhifəsini yoxlayın):

  • IELTS Akademik üzrə minimum 6.5 və ya
  • TOEFL IBT üzrə 83 (TOEFL Kodu 2093) və ya
  • PTE Akademik üzrə 58 və ya
  • Duolingo üzrə 120

PTE və IBT test nəticələri yalnız qeydiyyatdan keçmiş test mərkəzində götürüldükdə və sertifikatlar Pearson tərəfindən birbaşa ADA Universitetinə göndərildiyi təqdirdə qəbul edilir. Müraciət edən namizədlər ingilis dili nəticələrini ən son müraciət tarixi olan iyunun 1-nə kimi təqdim etməlidirlər. ADA Universiteti ingilis dili imtahanı ödənişli əsaslarla müraciətlərin sayından asılı olaraq təklif olunur. Dəqiq tarixlər üçün, zəhmət olmasa, Qəbul Şöbəsinə müraciət edin.

Azərbaycan dilində tədris olunan proqramlara müraciət edən namizədlərdən ingilis dili biliyi nəticəsi tələb olunmur.

Aşağıdakı meyarlardan birinə cavab verən namizədlər Qəbul Şöbəsi ilə əlaqə saxlayaraq ingilis dili imtahanından imtina üçün müraciət edə bilərlər (ikili diplom proqramlarının fərqli tələbləri ola bilər, zəhmət olmasa, proqramın öz səhifələrini yoxlayın):

  • Ana dili ingilis dili olanlar
  • İngilis dilli ölkədə ingilis dilində təhsil alanlar
  • ADA Universitetinin diplom proqramlarının birindən məzun olanlar
  • İngilis dilli mühitdə geniş iş təcrübəsi olanlar (iş yerindən məktubla təsdiq edilməlidir)

Magistr tələbələri üçün Sessiya Öncəsi Akademik Məqsədlər üçün İngilis dili

Bu proqram ADA Universitetində MA/MS dərəcəsi almaq istəyən, lakin ingilis dili tələb olunan səviyyədən aşağı olan namizədlərə təklif olunur.

Proqramın müddəti və ödənişi üçün aşağıdakı cədvələ baxın:

Başlanğıc səviyyəsi EAPP-də keçiriləcək ingilis dili səviyyəsi Kursun tarixi və müddəti Təhsil haqqı Cədvəl


IELTS Akademik 6
TOEFL 75-82
Duolingo 105-115

 

Səviyyə 5 (Low-Advance) 1 aprel– 28 may, 2024
 8 həftə
   1200 AZN Bazar ertəsi, Çərşənbə axşamı, Cümə axşamı, Cümə 19:00 – 21:10 

Şənbə
9:00-13:15 

EAPP proqramını bitirmə sertifikatını əldə etmək üçün, sessiyadan əvvəl İngilis dili proqramının tələbələrindən 100%-dən minimum 73% ümumi bal əldə edərək Low-Advance səviyyəsini uğurla başa vurmaları tələb olunur.

Qeyd: Müraciət edənlərin sayı kifayət qədər olmadığı təqdirdə kurs təklif olunmayacaq.



Qiymətləndirmə Prosesi

ADA Universitetinin hərtərəfli qiymətləndirməyə əsaslanan qəbul siyasəti var.

İlkin mərhələdə seçilmiş ərizəçilər qiymətləndirmə müsahibəsinə dəvət olunurlar. Qəbul Komissiyası abituriyentin əvvəlki akademik qeydlərini, intellektual potensialını, inkişaf potensialını, karyera yönümlü olmasını və ADA Universitetində uğur qazanmaq qabiliyyətini nəzərdən keçirir.

Müsahibə qəbul prosesinin son mərhələsidir və yekun qərarlar müraciətçinin müsahibə nəticələrinə əsasən qəbul edilir.

Əlavə sualınız var? Telefon və ya elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.

Elektron poçt ünvanı: admissions@ada.edu.az

Tel: (+994 12) 437 32 35

İctimai və Beynəlxalq Əlaqələr Fakültəsi & Təhsil Fakültəsi: (+994 12) 437 32 35, daxili 314 və ya (+994 51) 207 10 10

Biznes Fakültəsi: (+994 12) 437 32 35, daxili 374 və ya (+994 51) 207 10 01

İT və Mühəndislik Fakültəsi: (+994 12) 437 32 35, daxili. 328 və ya (+994 50) 274 95 51

Qəbul Şöbəsinin tədbirləri

ADA Universiteti Qəbul Şöbəsi gələcək tələbələr üçün məlumat sessiyaları, seminarlar, kampus turlar və mastr klasslar da daxil olmaqla müxtəlif tədbirlər keçirir.

Qəbul Şöbəsinin qarşıdan gələn tədbirlərinə nəzər yetirin və qeydiyyatdan keçin.

Yenidən Qəbul

Akademik göstəricilərə görə xaric edilən ADA Universitetinin tələbələri universitetdən ən azı bir semestr ayrıldıqdan sonra yenidən qəbul üçün müraciət edə bilərlər. Tələbələrin ADA Universitetində oxuduqları müddətdə yenidən qəbul olmaq üçün yalnız bir şansı var. Yenidən qəbul qaydaları haqqında daha ətraflı məlumatı Akademik Kataloq 2023-2024-də tapa bilərsiniz.

Tələbələr hər semestr başlamazdan əvvəl ərizə formasını doldurub admissions@ada.edu.az elektron poçt ünvanına göndərməklə yenidən qəbul üçün müraciət edə bilərlər.

Son tarixlər

  • Birinci tur və təqaüd üçün son müraciət tarixi: 1 aprel
  • İkinci tur üçün son müraciət tarixi: 1 iyun