ADA Universitetinə SAT nəticəsi ilə qəbul olmuş tələbələrin qeydiyyatı 14 iyul 2025-ci il, saat 09:30-dan başlayır və 16 iyul 2025-ci il, saat 17:00-dək davam edəcək. Abituriyentlər sənədlərini ADA Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyata gələrkən nəzərə alınmalıdır:
ADA Universitetinə sənəd qəbuluna yalnız tələbə və onun valideynləri buraxılacaq.
Tələbənin qeydiyyata şəxsən gəlməsi mütləqdir. Müqavilənin hər iki nüxsəsi hər iki valideyn tərəfindən imzalandığı halda valideynlərin iştirakı məcburi deyil. Əgər tələbə hər hansı bir səbəbdən qeydiyyata gələ bilmirsə valideynlərdən biri müvafiq sənədləri təqdim edərək qeydiyyatdan keçə bilər.
Sənədlər kağız şəklində tam doldurulmuş və imzalanmış şəkildə gətirilməlidir. Tam sənədləri təqdim etməyən tələbələrin qeydiyyatı tamamlanmayacaq.
Təhsil haqqı ödənişi nəğd şəkildə qəbul edilmir. Qeydiyyata gəlməzdən əvvəl ödəniş edilməlidir.
Həftəiçi günlərdə saat 13:00–14:00 arası nahar fasiləsidir və bu müddətdə qeydiyyat aparılmır. Həftəsonları isə qeyri-iş günləri olduğu üçün qeydiyyat həyata keçirilmir.
Ətraflı qeydiyyat qaydaları, sənəd siyahısı, ödəniş üsulları və tələbə müqavilələri ilə buradan tanış olun:
Qeydiyyat qaydaları ilə buradan tanış ola bilərsiniz.
Ödəniş məbləği, forması və vasitələri haqqında buradan tanış ola bilərsiniz.
Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)
-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları)
-Tələbə müqaviləsi (Maliyyə ixtisası)
-Tələbə müqaviləsi (Memarlıq, Şəhərsalma, Dizayn ixtisasları)
Əlaqə:
E-poçt: bachelors@ada.edu.az
Telefon: (012) 437 32 35
Daxili nömrələr:130, 291
Zənglərin çoxluğunu nəzərə alaraq suallarınızı e-mail vasitəsilə göndərməyinizi məsləhət görürük.