ADA Universitetinin bakalavr pilləsinə IB nəticəsi ilə qəbul olmuş tələbələrin qeydiyyatı

ADA Universitetinin bakalavr pilləsinə IB nəticəsi ilə qəbul olmuş tələbələrin qeydiyyatı

07.08.2025

ADA Universitetinə IB nəticəsi ilə qəbul olmuş tələbələrin qeydiyyatı 12 avqust saat 09:30-dan 15 avqust 17:00-dək davam edəcək. Abituriyentlər sənədlərini ADA Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyata gələrkən nəzərə alınmalıdır:

  • ADA Universitetinə sənəd qəbuluna yalnız tələbə və onun valideynləri buraxılacaq.

  • Tələbənin qeydiyyata şəxsən gəlməsi mütləqdir. Müqavilənin hər iki nüxsəsi hər iki valideyn tərəfindən imzalandığı halda valideynlərin iştirakı məcburi deyil. Əgər tələbə hər hansı bir səbəbdən qeydiyyata gələ bilmirsə valideynlərdən biri müvafiq sənədləri təqdim edərək qeydiyyatdan keçə bilər.

  • Sənədlər kağız şəklində tam doldurulmuş və imzalanmış şəkildə gətirilməlidir. Tam sənədləri təqdim etməyən tələbələrin qeydiyyatı tamamlanmayacaq.

  • Təhsil haqqı ödənişi nəğd şəkildə qəbul edilmir. Qeydiyyata gəlməzdən əvvəl ödəniş edilməlidir.

  • Qeydiyyat 09:30-dan 17:00-dək davam edir. Həftəiçi günlərdə saat 13:00–14:00 arası nahar fasiləsidir və bu müddətdə qeydiyyat aparılmır. Həftəsonları isə qeyri-iş günləri olduğu üçün qeydiyyat həyata keçirilmir.

Ətraflı qeydiyyat qaydaları, sənəd siyahısı, ödəniş üsulları və tələbə müqavilələri ilə buradan tanış olun:
Qeydiyyat qaydaları ilə buradan tanış ola bilərsiniz.
Ödəniş məbləği, forması və vasitələri haqqında buradan tanış ola bilərsiniz.

Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi və ya İnformasiya Texnologiyaları ixtisasları) 

-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları) 

-Tələbə müqaviləsi (Maliyyə ixtisası)

-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisasları)

-Tələbə müqaviləsi (Kənd təsərrüfatı texnologiyaları və ya Qida texnologiyaları, Heyvandarlıq ixtisasları) 

-Tələbə müqaviləsi (Memarlıq, Şəhərsalma, Dizayn ixtisasları) 

 

Əlaqə:

E-poçt: bachelors@ada.edu.az
Telefon: (012) 437 32 35
Daxili nömrələr:130, 291

Zənglərin çoxluğunu nəzərə alaraq suallarınızı e-mail vasitəsilə göndərməyinizi məsləhət görürük.