“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Dərslər Azərbaycan və İngilis dillərində tədris olunacaqdır.
İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və proqramın xarici komponentinin keçiriləcəyi ölkədə əyani və onlayn formada aparılacaqdır. Aşağıda qeyd olunmuş dərslər cari ilin oktyabr ayından başlayaraq ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə ADA Qazax Mərkəzində, digər vaxtlar isə ADA Universitetinin Blackboard öyrənmə platforması üzərindən onlayn həyata keçiriləcəkdir::
Akademik məqsədlər üçün İngilis dili (English for Academic Purposes)
Müasir Təlim və Tədrisin Əsasları (Fundamentals of Contemporary Teaching and Learning)
Sinif otaqlarında yaradıcıllığın inkişafı (Enhancing Creativity in the Classroom)
Təhsil layihələrin hazırlanması (Project design in education)
Dərslər oktyabr ayında başlayacaq.
Xaricdə keçiriləcək təlim komponenti
Proqramın xarici ölkədə keçiriləcək komponentinin 5–6 həftə müddətində tamamilə əyani formatda və ingilis dilində keçirilməsi nəzərdə tutulmuşdur.
Bu müddət ərzində proqram iştirakçıları yuxarıda qeyd olunan dərslərlə yanaşı, xarici komponentin keçiriləcəyi ölkədə müəyyən edilmiş proqrama uyğun olaraq təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif məktəb, kollec və universitetlərə səfər edəcəklər. Həmçinin, iştirakçılar keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət mərkəzlərini ziyarət edəcək, ingilis dili bacarıqlarını təkmilləşdirəcək və həmin ölkənin qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar.
Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.
Qeyd: Xarici komponentin keçiriləcəyi ölkə və proqramın həmin hissəsinə dair ətraflı məlumat seçilən iştirakçılara təlim proqramı müddətində təqdim ediləcəkdir..
İştirak üzrə tələblər və seçim meyarları:
Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən orta məktəblərin müəllim və direktorları;
Minimum 3 (üç) il fənn sahələrinin tədrisində pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları;
Müəllimlərin işə qəbul (MİQ) və ya Sertifikasiya imtahanlarından minimum 40 bal toplayan namizədlər;
Namizədlərin ingilis dili bilikləri orta səviyyədə (intermediate) olmalıdır. İngilis dili biliklərini təsdiq edən minimum TOEFL 44-49/ IELTS 5/, Duolingo 75 beynəlxalq imtahan nəticələri olanlar müvafiq sənədi təqdim etməlidirlər.
Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:
Namizədlərin müraciət ərizə formaları ilkin mərhələdə dəyərləndiriləcəkdir.
İkinci mərhələdə seçim müsahibə (İngilis dilində) əsasında aparılacaqdır.
Proqramın xarici komponenti üçün seçim aşağıdakı meyarlar əsasında aparılır:
Müsahibə mərləhəsindən uğurla keçən iştirakçılar;
Yerli proqramda və xüsusilə yekun ingilis dili imtahanından yüksək göstəricilər nümayiş etdirən iştirakçılar;
Yekun qərar proqramda tədris aparan müəllimlər və proqram rəhbərlərindən ibarət müsahibə komitəsi tərəfindən verilmiş rəylər əsasında veriləcəkdir.
Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti
CV
İngilis dili sertifikatları (əgər varsa)
Sənədlər 05 sentyabr 2026-cı il tarixinədək qəbul olunacaq. Əlaqə üçün: bmm@ada.edu.az
Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.
ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və Azərbaycan Respublikasında təhsilinin inkişafına öz töhfəsini verməyə hazır olan namizədləri gözləyir.