Tətbiqi Təhsil Psixologiyası üzrə onlayn Sertifikat Proqramı

22.10.2025

Müasir dövrdə təhsil daim dəyişən dünyamızın ən önəmli dayaqlarından biridir. Bu dəyişimin mərkəzində isə insan — onun düşüncəsi, duyğuları, motivasiyası və inkişafı dayanır. Müəllimlər, rəhbərlər və təhsil mütəxəssisləri kimi bizdən yalnız bilik ötürmək deyil, eyni zamanda düşünmək, dərk etmək, yönləndirmək və ruhlandırmaq tələb olunur.

Lakin bütün bu dinamikanın içində bəzən dayanıb düşünmək də vacibdir — gördüyümüz işlərin məqsədini, yanaşmalarımızın arxasındakı məntiqi anlamaq və uşaqları, gəncləri öyrənmə, motivasiya və rifah baxımından necə daha yaxşı dəstəkləyə biləcəyimizi dərk etmək üçün.

Öyrənənlərin inkişafına real töhfə vermək üçün təkcə fənn bilikləri kifayət etmir. Biz onların necə düşündüyünü, öyrəndiyini və inkişaf etdiyini başa düşməyə imkan verən anlayış və yanaşmalara ehtiyac duyuruq. Məhz bu səbəbdən Təhsil Psixologiyası bu sahədə xüsusi əhəmiyyət daşıyır. Tələbələrin davranış və öyrənmə nümunələrinin arxasında duran dərin səbəbləri görməyə;

  • Müxtəlif ehtiyaclara cavab verən effektiv tədris strategiyaları hazırlamağa;
  • Motivasiya, emosional balans və davamlılığı təşviq edən mühit yaratmağa;
  • Sağlam idrak, sosial və emosional inkişafı dəstəkləməyə.

Təhsil Psixologiyası müəllimləri, rəhbərləri və mütəxəssisləri yalnız öyrətməklə kifayətlənməyib öyrənməni və öyrənəni dərindən anlamağa yönəldir. Bu da onlara nəticələrin arxasındakı səbəbləri görməyə, əsaslandırılmış qərarlar verməyə və daha sağlam, güclü öyrənənlər formalaşdırmağa imkan yaradır. Bu sahə bizə tələbələri empatiya, anlayış və məqsədyönlü yanaşma ilə dəstəkləməyə şərait yaradır.

 

Proqram kimlər üçün nəzərdə tutulub:

Bu proqram psixoloqlarxüsusi təhsil müəllimləriməktəb psixoloqlarımüəllimlərtəhsil rəhbərləri, sağlamlıq mütəxəssislərivalideynlər və qəyyumlarictimai təşkilat nümayəndələri və tətbiqi təhsil psixologiyası üzrə peşəkar inkişaf axtaran digər şəxslər üçün nəzərdə tutulub.

 

Proqramın missiyası:

Uşaqlar və gənclərlə çalışan psixoloq, pedaqoq, sosial işçi və digər mütəxəssisləri öz sahələrində mükəmməlliyə nail olmağa, elmi əsaslı yanaşmaları tətbiq etməyə, eləcə də məktəb icmalarında uşaqların rifahını və akademik nailiyyətlərini artırmağa təşviq etmək məqsədi daşıyır. Bu məqsədlə proqram onların peşəkar inkişafını dəstəkləyən imkanlar təqdim edir.

 

Proqramın məqsədləri:

Peşəkar inkişafı gücləndirmək – uşaqların və gənclərin ehtiyaclarını qiymətləndirmə, müdaxilə, məsləhətləşmə və əməkdaşlıq sahələrində bilik, bacarıq və səriştələrin genişləndirilməsi üçün imkanlar yaratmaq

 Elmi əsaslı təcrübəni təşviq etmək – mütəxəssisləri tədqiqat nəticələrini və qabaqcıl təcrübələri öz fəaliyyətlərinə inteqrasiya etməyə imkan verən resurslarla təmin etmək

Peşəkar əməkdaşlığı dəstəkləmək – psixoloqlar, müəllimlər və digər maraqlı tərəflər arasında əməkdaşlıq və şəbəkələşməni təşviq edərək uşaqların akademik, sosial-emosional və davranış ehtiyaclarına kompleks və fənlərarası yanaşmanı inkişaf etdirmək

Mədəni səriştəliliyi formalaşdırmaq - mədəni müxtəlifliyi olan uşaqların ehtiyaclarını daha effektiv şəkildə qarşılayacaq bilik, bacarıq və münasibətləri inkişaf etdirmək.

Tədris dili:

Azərbaycan dili

Proqramın müddəti:

Proqramın müddəti :2025- ci ilin payız,2026-cı ilin yaz semestri (hər biri 2,5 ay olan modullar).

Proqramın başlanma tarixi:

20 noyabr 2025

 

Təhsil haqqı və ödənişlər:
Tam Sertifikat proqramı üçün təhsil haqqı 1000 AZN-dir. Qəbul olunmuş namizədlər ödənişi 20 noyabr 2025-ci il tarixinə qədər bir dəfəlik ödəməlidirlər.
15 noyabr 2025-ci ildən əvvəl edilən “erkən qeydiyyat” üçün təhsil haqqı 900 AZN təşkil edəcək.

Ödəniş üçün link: https://online.ada.edu.az/payment/ 

 

Bu proqram üçün təqaüdlər mövcud deyil.

Qəbul tələbləri:

  • Psixologiya, təhsil və ya əlaqəli sahədə bakalavr dərəcəsi.

Müraciət prosesi:

  • ADA Universiteti, Təhsil Məktəbi onlayn müraciət formu (Qeydiyyat üçün sadəcə sel@ada.edu.az  ünvanına e-mail göndərməyiniz kifayətdir.)
  • Onlayn müraciətə əlavə olunan sənədlər:
    • Karyera məqsədləri və Tətbiqi Təhsil Psixologiyası sahəsinə marağı əks etdirən qısa yazı
    • CV (maksimum 2 səhifə)
    • Sonuncu fotoşəkil
    • Bakalavr diplomu və əlavəsi

Daha ətraflı məlumat üçün:
Bizimlə əlaqə saxlayın: sel@ada.edu.az 
və ya Təhsil Məktəbinin (School of Education)  mobil nömrəsi +994502573235