ADA University and MegaSec Ltd have signed a Memorandum of Understanding (MoU) to establish cooperation in the fields of Artificial Intelligence, Cyber Security, and Data Management & Analytics.
The memorandum promotes academia–industry collaboration through knowledge sharing, expertise development, and joint innovative research and project implementation. Within this partnership, both parties will work closely to address current technological challenges and contribute to the development of advanced solutions in these rapidly evolving fields.
A key component of the cooperation is the support of student professional development. The collaboration will provide students with practical exposure, industry-driven insights, and opportunities to engage in real-world projects, thereby enhancing their skills and employability in the technology sector.
Through this strategic partnership, ADA University continues to expand its engagement with industry partners, reinforcing its commitment to innovation, applied research, and the preparation of highly qualified professionals aligned with global technological trends.
ADA Universiteti ilə MegaSec Ltd şirkəti arasında Süni İntellekt, Kibertəhlükəsizlik və Məlumatların İdarə Olunması və Təhlili sahələrində əməkdaşlığın qurulması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandum universitet–sənaye əməkdaşlığının gücləndirilməsini, bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, eləcə də innovativ tədqiqat və layihələrin birgə həyata keçirilməsini nəzərdə tutur. Bu tərəfdaşlıq çərçivəsində tərəflər sürətlə inkişaf edən texnoloji sahələrdə mövcud çağırışların həlli və qabaqcıl həllərin hazırlanması istiqamətində sıx əməkdaşlıq edəcəklər.
Əməkdaşlığın əsas istiqamətlərindən biri tələbələrin peşəkar inkişafının dəstəklənməsidir. Bu çərçivədə tələbələr praktiki təcrübə qazanmaq, sənaye yönümlü biliklər əldə etmək və real layihələrdə iştirak etmək imkanına malik olacaqlar ki, bu da onların bacarıqlarının və məşğulluq potensialının artırılmasına töhfə verəcək.
Bu strateji tərəfdaşlıq vasitəsilə ADA Universiteti sənaye ilə əlaqələrini daha da genişləndirir, innovasiya və tətbiqi tədqiqatlara sadiqliyini, eləcə də qlobal texnoloji trendlərə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi önəmi bir daha nümayiş etdirir.