ADA Universitetində XIV Karyera Sərgisi keçirilib

ADA Universitetində XIV Karyera Sərgisi keçirilib

24.04.2026

Aprelin 24-də ADA Universitetində ABB-nin baş sponsorluğu, "Bahar Energy Operating Company"nin aparıcı tərəfdaşlığı və ADA Universiteti Fondunun (ADAF) təşkilati dəstəyi ilə 14-cü Karyera Sərgisi keçirilib.

Ümumilikdə 150 şirkətin və 350-dən çox insan resursları mütəxəssisinin qatıldığı tədbirdə bankçılıqdan texnologiyaya, energetikadan hüquq və turizmə qədər geniş spektrdə fəaliyyət göstərən peşəkarlar ADA Universitetinin tələbə və məzunları ilə birbaşa ünsiyyət qurublar. Onlar gənclərə mövcud iş və təcrübə imkanları barədə ətraflı məlumat verməklə yanaşı, həm də potensial namizədlərlə ilkin müsahibələr aparıblar.

Tədbirin rəsmi hissəsində ADA Universitetinin prorektoru Günay Ziyadova, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB-nin İnsan resursları idarə edilməsi departamentinin direktor müavini Nurxan Babayev və "Bahar Energy Operating Company"nin İnsan Resursları departamentinin direktoru Orxan Əliyev çıxış edərək bu platformanın gənc istedadların yetişməsindəki rolunu vurğulayıblar.

Sərgi həm də "Karyera Hazırlığı Həftəsi"nin yekun akkordu kimi yadda qalıb. Bağlanış mərasimində xüsusi seçim mərhələlərindən uğurla keçmiş 170-dən çox tələbənin adı açıqlanaraq onlara nüfuzlu şirkətlərdə yay təcrübəsi imkanları təqdim olunub. Qeyd edilən tələbələr həftə ərzində maliyyə, audit, informasiya texnologiyalarıvə konsaltinq kimi sahələrdə fəaliyyət göstərən 23 yerli və beynəlxalq müəssisənin peşəkarlarından dərs alıblar. Onlar müsahibələrə hazırlıq, şəxsi brendin qurulması və korporativ təqdimatlar mövzusunda həm nəzəri, həm də praktiki biliklərə yiyələnərək əmək bazarına ilk addımlarını atıblar.

Universitetin Karyera Xidmətləri şöbəsinin təşkilatçılığı ilə baş tutan bu genişmiqyaslı layihədə ümumilikdə iki mindən çox ADA-lı iştirak edib. Bu təşəbbüs gənclərə peşəkar əlaqələrini genişləndirmək və əmək bazarının müasir tələbləri ilə yaxından tanış olaraq gələcək karyeralarını inamla planlaşdırmaq üçün əvəzolunmaz imkan yaradıb.

~
The 14th Career Fair was held at ADA University with the main sponsorship of the International Bank of Azerbaijan, the leading partnership of Bahar Energy Operating Company, and the organizational support of the ADA University Foundation (ADAF) today, Trend reports.

In total, 150 companies and more than 350 human resources specialists participated in the event, where professionals operating in a wide range of fields, from banking to technology, from energy to law and tourism, directly communicated with ADA University students and graduates.

In addition to providing young people with detailed information about existing job and internship opportunities, they also conducted initial interviews with potential candidates.

Speaking in the official part of the event, ADA University Vice-Rector Gunay Ziyadova, President of the ADA University Foundation Natig Hajiyev, Deputy Director of the International Bank of Azerbaijan Human Resources Management Department Nurkhan Babayev, and Director of the Human Resources Department of Bahar Energy Operating Company Orkhan Aliyev emphasized the role of this platform in generating young talents.

The exhibition also served as the final chord of the "Career Preparation Week". At the closing ceremony, the names of more than 170 students who successfully passed the special selection stages were announced, and they were offered summer internship opportunities in prestigious companies. During the week, the mentioned students received lessons from professionals from 23 local and international companies operating in the fields of finance, auditing, information technology, and consulting. They took their first steps into the labor market by acquiring both theoretical and practical knowledge on interview preparation, personal brand building, and corporate presentations.

More than two thousand ADA students participated in this large-scale project, organized by the university's Career Services Department. This initiative created an invaluable opportunity for young people to expand their professional contacts and confidently plan their future careers by becoming closely acquainted with the modern requirements of the labor market.