Strategic Cooperation between ADA University and AzMIU: A New Phase Begins in the Field of Design

Strategic Cooperation between ADA University and AzMIU: A New Phase Begins in the Field of Design

04.05.2026

ADA Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Memorandum “Dizayn həftəsi” çərçivəsində keçirilən görüşdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və AzMUİ-nun rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən imzalanıb. Qeyd edək ki, bu sənəd daha əvvəl iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq müqavilələrinin davamı olaraq strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir.

 

İmzalanan Memorandum ADA Universiteti və AzMİU arasında dizayn sahəsində təhsil, elmi-tədqiqat və yaradıcı fəaliyyət istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər qrafik dizayn, media, mühit, sənaye və geyim dizaynı istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, elmi konfranslar, sərgilər və müsabiqələrin keçirilməsi sahəsində sıx əməkdaşlıq edəcəklər.

 

Eyni zamanda, inklüziv dizayn, vizual kommunikasiya və ictimai mühitin dizaynı üzrə ortaq təşəbbüslərin irəli sürülməsi, bu sahələrdə innovativ yanaşmaların tətbiqi və müasir dizayn düşüncəsinin inkişaf etdirilməsi də əməkdaşlığın əsas prioritet istiqamətləri sırasındadır.

 

Memorandum çərçivəsində süni intellekt, rəqəmsal dizayn və multimedia sahələrində birgə fəaliyyətlərin təşviqi, sənaye və kreativ sektorla inteqrasiyalı layihələrin həyata keçirilməsi, startap və innovasiyayönümlü təşəbbüslərin dəstəklənməsi xüsusi diqqət mərkəzində olacaq.

 

Sənəd, həmçinin tərəflər arasında uzunmüddətli və sistemli əməkdaşlığın formalaşdırılmasına zəmin yaradır. Bu çərçivədə gələcəkdə birgə akademik proqramların hazırlanması, müasir dizayn yanaşmalarının tədris prosesinə inteqrasiyası, tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihələrin icrası planlaşdırılır. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi, qlobal dizayn trendlərinin tətbiqi və yaradıcı sənayelərlə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi də nəzərdə tutulur.

 

İmzalanmış Anlaşma Memorandumu Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində baş tutmaqla, tərəflər arasında akademik tərəfdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, eləcə də birgə akademik proqram və kursların hazırlanması nəzərdə tutulur.

 

Bu əməkdaşlıq həm tələbə və müəllim heyəti üçün yeni imkanlar açacaq, həm də ölkədə dizayn və yaradıcı sənayelər ekosisteminin inkişafına, universitet-sənaye və beynəlxalq tərəfdaşlıq modelinin daha da güclənməsinə mühüm töhfə verəcək.

 

~

 

A Memorandum of Understanding on cooperation has been signed between ADA University and the Azerbaijan University of Architecture and Construction (AzMIU).

 

The memorandum was signed during a meeting held within the framework of “Design Week” by the Rector of ADA University, Ambassador Hafiz Pashayev, and the Rector of AzMIU, Professor Gulchohra Mammadova. It should be noted that this document represents a continuation of previously signed cooperation agreements between the two higher education institutions and demonstrates the transition of their strategic partnership to a new stage.

 

The signed Memorandum outlines the expansion of cooperation between ADA University and AzMIU in the fields of design education, scientific research, and creative activities. According to the document, the parties will closely collaborate on implementing joint projects in graphic design, media, environmental, industrial, and fashion design, as well as organizing student and faculty exchanges, scientific conferences, exhibitions, and competitions.

 

At the same time, the development of joint initiatives in inclusive design, visual communication, and public space design, the application of innovative approaches in these areas, and the advancement of modern design thinking are among the key priorities of the cooperation.

 

Within the framework of the Memorandum, particular emphasis will be placed on promoting joint activities in artificial intelligence, digital design, and multimedia, implementing projects integrated with industry and the creative sector, and supporting startup and innovation-oriented initiatives.

 

The document also lays the foundation for long-term and systematic cooperation between the parties. In this context, plans include the development of joint academic programs, the integration of modern design approaches into the educational process, and the implementation of projects aimed at enhancing students’ practical knowledge and skills. Additionally, studying international experience, applying global design trends, and strengthening the links between higher education institutions and creative industries are also envisaged.

 

It should be especially emphasized that the signing of this Memorandum of Understanding, taking place ahead of the Thirteenth Session of the World Urban Forum (WUF13) to be held in Baku, carries strategic importance in terms of expanding academic partnership between the parties. Within this cooperation, the organization of conferences, exhibitions, seminars, scientific meetings, training sessions, and masterclasses in the fields of urban planning and architecture, as well as the development of joint academic programs and courses, is planned.

 

It is worth noting that this cooperation will open new opportunities for both students and faculty members, while also making a significant contribution to the development of the design and creative industries ecosystem in the country and further strengthening the university-industry and international partnership model.