ADA
Xəbərlər

ADA Universitetinin məzunları COP29-da təmsil edilirlər

ADA Universitetinin məzunları COP29-da təmsil edilirlər

ADA Universitetinin məzunları COP29-da təmsil edilirlər.

Nərmin Carçalova COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramını bitirmiş Nərmin Carçalova Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramını (Public Leadership Credential) da başa vurub.

London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr təhsili zamanı “Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi təqdim edən Nərmin bir neçə vəzifədə çalışıb.

2013-cü ildən başlayaraq Nərmin Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrin rəhbəri kimi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə faəliyyət göstərib. 

Daha bir məzunumuz, Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib.

Hazırda Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatında Katibliyin rəhbəri vəzifəsində çalışır. O, ADA Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr təhsili alıb. Daha sonra Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, o cümlədən Türkiyənin Kadir Has Universitetində Siyasət və Beynəlxalq münasibətlər üzrə akademik mübadilə proqramında iştirak edib.

Leyla Həsənova əvvəllər ADA Universitetinin nəzdində fəaliyyə göstərən İnkişaf və Diplomatiya İnstitutunda İxtisasartırma Proqramları üzrə Koordinator vəzifəsində çalışıb.

Kateqoriya: Məzunlar