ADA
Xəbərlər

ADA Universiteti akkreditasiyadan keçib

ADA Universiteti akkreditasiyadan keçib

23 yanvar tarixində Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının keçirdiyi növbəti iclası zamanı institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiya tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib. Belə ki, ADA Universitetinin akkreditasiya nəticəsi “uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.

Qeyd etmək lazımdır ki, insititusional akkreditasiya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş yeddi meyar (Strateji inkişaf, Keyfiyyət təminatı, Təlim və tədris, Elmi-tədqiqat, İdarəetmə sistemi, İnfrastruktur, Beynəlmiləlləşmə) əsasında aparılır və aşağıda göstərilən kategoriyalar üzrə qiymətləndirilir:

- Uyğundur
- Əsasən uyğundur
- Qismən uyğundur
- Uyğun deyil


Bu nəticədə əməyi olan professor-müəllim heyətimizə, əməkdaşlarımıza, tələbələrə və məzunlara təşəkkür edirik.

Kateqoriya: Universitet