ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanı ilə qəbul olunan abituriyentlərin qeydiyyat qaydaları

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanı ilə qəbul olunan abituriyentlərin qeydiyyat qaydaları

19.08.2026

Hörmətli abituriyent,

ADA Universitetinə qəbul olmağınız münasibətilə sizi təbrik edirik! 

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanı ilə qəbul olunmuş abituriyentlərə dərslərin 7 sentyabrda başlayacağını nəzərə alaraq onlayn qeydiyyatı 2 sentyabr tarixinədək tamamlamaları məsləhət görülür. Qeydiyyat prosesi onlayn həyata keçirilir və bunun üçün ADA Universitetinə gəlməyə ehtiyac yoxdur. Abituriyentin qeydiyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir.

DİM imtahanı ilə qəbul olmuş abituriyentlərin qeydiyyat prosesi 

Abituriyentlər aşağıdakı addımları tamamlamalıdır.

1-ci addım: Elm və Təhsil Nazirliyinin portalında elektron qeydiyyat

Elm və Təhsil Nazirliyinin portalı üçün keçid 
Elm və Təhsil Nazirliyinin portalında qeydiyyat üçün təlimat 

2-ci addım: ADA Universitetinin elektron ərizə formasının doldurulması

ADA Universitetinin onlayn ərizə forması üçün keçid

ADA Universitetinin onlayn ərizə formasının doldurulma qaydası

ADA Universitetinin elektron ərizə forması üçün təlimat

  • ADA Universitetinin elektron ərizə formasını özünüz tamamlamaq üçün elektron ərizə formasını doldurun və sonda 40 AZN məbləğində elektron ərizə haqqını (geri qaytarılmayan məbləğ) onlayn ödəyin;

  • ADA Universitetinin onlayn ərizə formasının doldurulma qaydası

  • Tələb olunan sənədləri elektron ərizə formasına yükləyin; 

    Tələb olunan sənədlərin siyahısı:

  • Abituriyentin şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü)

  • Şəkil (3x4 ölçüdə)

  • İxtisasa uyğun tələbə müqaviləsi (tələbə özü və hər iki valideyn və ya rəsmi qəyyum tərəfindən imzalanmış). Müqavilələr aşağıda yerləşdirilmişdir. 

  • Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti (hər iki üzü)

  • Doğum haqqında şəhadətnamənin surəti

  • Sosial statusu təsdiq edən sənəd (əgər varsa). Sosial statusu olanlar üçün tələb olunan sənədlər barədə məlumata buradan baxın

  • IELTS/TOEFL/Duolingo sertifikatının əsli (əgər varsa)

  • Ödəniş qəbzi (ödəniş məbləğləri ilə buradan tanış olun)

Qeydiyyat üçün dəstək lazımdırsa

Qeydiyyatla bağlı suallar yarandıqda, həftəiçi 09:00- 18:00 arası bizimlə əlaqə saxlaya bilərsiniz.

E-poçt: bachelors@ada.edu.az
Telefon:

  • (012) 4373235 (daxili nömrələr:130, 291)

  •  0502749551

  • 0502749552

  • 0512011511

Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)

Ödənişli əsaslarla qəbul olanlar üçün

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi və ya İnformasiya texnologiyaları ixtisasları) 

-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları) 

-Tələbə müqaviləsi (Maliyyə ixtisası)

-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisasları)

-Tələbə müqaviləsi (Hüquq)

-Tələbə müqaviləsi (Kənd təsərrüfatı texnologiyaları və ya Qida texnologiyaları, Heyvandarlıq ixtisasları) 

-Tələbə müqaviləsi (Memarlıq, Şəhərsalma, Dizayn ixtisasları)

Dövlət sifarişli yerlərə qəbul olanlar üçün

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, və ya İnformasiya texnologiyaları ixtisasları) 

-Tələbə müqaviləsi (İqtisadiyyat)

-Tələbə müqaviləsi (Maliyyə ixtisası)

İngilis dili imtahanı barədə məlumat

ADA Universitetinə qəbul olmuş, qeydiyyatdan keçmiş və beynəlxalq ingilis dili sertifikatı olmayan tələbələrdən ingilis dili imtahanı vermək tələb olunur (IELTS, TOEFL və ya Duolingo nəticələri olanlardan başqa). İmtahanın dəqiq günü və saatı barədə məlumat qeydiyyatı tamamlanmış tələbələrə qeydiyyatdan keçən zaman yazdığı e-mail vasitəsilə bildiriləcəkdir. İmtahan verənlər özləri ilə şəxsiyyət vəsiqəsi  və elektron ünvana göndərilmiş imtahana buraxılış vərəqəsini  çap edib gətirməli və imtahan başlamazdan bir saat əvvəl ADA Universitetinin  binası qarşısında olmalıdırlar.

İmtahan barədə İngilis dilində ətraflı məlumat üçün bu sənədə baxın. 

Qeydiyyatdan sonrakı vacib tarixlər

Qeydiyyat bitdikdən sonra ADA e-mail ünvanınız yaradılacaq və elektron ərizədə qeyd etdiyiniz e-mailə göndəriləcək. ADA e-malinizi mütəmadi yoxlayın.

3 sentyabr: yeni qəbul olan tələbələr ilə tanışlıq proqramı

4 sentyabr: Akademik Məqsədlər üçün İngilis dili (EAPP) proqramına qəbul olanlar ilə tanışlıq proqramı

7 sentyabr: yeni tədris ili başlayır

IT məlumatlarını əldə etdikdən sonra dərslərə qeydiyyat ilə bağlı məlumatları registration@ada.edu.az elektron poçt ünvanından alacaqsınız.