ADA
News

ADA Məktəbinə yeni qəbul edilmiş şagirdlər və onların valideynləri üçün onlayn “Tanışlıq Günləri” keçiriləcək

ADA Məktəbinə yeni qəbul edilmiş şagirdlər və onların valideynləri üçün onlayn “Tanışlıq  Günləri” keçiriləcək

28-29 avqust, 2020-ci il tarixlərində ADA Məktəbinə yeni qəbul edilmiş şagirdlər və onların valideynləri üçün onlayn “Tanışlıq Günləri” keçiriləcək. Görüş zamanı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Tədris məsələləri üzrə prorektor Vəfa Kazdal və ADA Məktəbinin təlim-tədris heyətinin üzvləri iştirakçılar qarşısında çıxış edəcəklər.

Görüşə qoşulan şagird və valideynlər ADA Məktəbində tədris prosesi, məktəb həyatı, nizam-intizam və onlayn resurslardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat əldə edəcəklər.

ADA Məktəbinə bu il müsabiqə yolu ilə ümumilikdə 274 nəfər şagird qəbul edilib. Onlardan 245 nəfəri 10-cu, 29 nəfəri isə 11-ci sinfə qəbul ediliblər.

ADA Məktəbində tədris proqramı Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurrikulumuna və ADA Universitetinin təcrübəsinə əsaslanır.

ADA Məktəbi Tanışlıq Proqramı

 

28 avqust, Cümə günü 

 

11:00               ADA Universitetinin Rektoru Hafiz Paşayev və Tədris İşləri üzrə Prorektor Vəfa Kazdalın çıxışı

                        

11:10               Tədris və Qiymətləndirmə Şöbəsinin nümayəndəsinin təqdimatı Ramil Mustafayev

 

11:20               Tədris şöbələrinin rəhbərlərinin təqdimatları

 

11:50               ADA Blackboard istifadəsi haqqında təqdima Gunay Rüstəmova

 

12:10               Sual & cavab

 

 

29 avqust, Şənbə günü

 

11:30               Şagird və Valideynlərlə İş üzrə Şöbənin təqdimatı Səriyyə Həsənova

 

11:40               Nizam-intizam, Etika və Vətəndaş Münasibətləri üzrə menecerin təqdimatı Samir Cavadov

 

11:50               Məktəb psixoloqunun təqdimatı Ülviyyə Sultanlı

 

12:00               Dərsdən kənar fəaliyyətlər/My ADA haqqında təqdimat Saleh Sani

 

12:10               ADA Məktəbinin məzunların məktəb həyatı haqqında  çıxışları

 

12:20               Sual & cavab

Category: School