DİM balı ilə müraciət edən abituriyentlər üçün ADA Universitetində təqaüd imkanları

DİM balı ilə müraciət edən abituriyentlər üçün ADA Universitetində təqaüd imkanları

22.07.2025

ADA Universitetində təhsil haqqı güzəştləri

Dövlət sifarişli təhsil

ADA Universiteti aşağıda qeyd olunan ixtisaslar üzrə dövlət sifarişi ilə ayrılmış yerlərə qəbul aparacaq. Həmin tələbələr təhsil müddəti boyunca təhsil haqqından tam azad olunacaq və akademik göstəricilərinə uyğun olaraq aylıq təqaüd alacaqlar. 

I qrup üzrə

  • Kompüter elmləri (30 yer)

  • Kompüter mühəndisliyi (30 yer)

  • İnformasiya texnologiyaları (30 yer)

  • Riyaziyyat (30 yer)

II qrup üzrə

  • Maliyyə (30 yer)

  • İqtisadiyyat (30 yer)

Akademik göstəricilərə uyğun aylıq təqaüdlər:

  • Prezident təqaüdü: bütün fənlər üzrə 91-100 bal, ayda 275 manat

  • Əlaçı təqaüdü: bütün fənlər üzrə 91-100 bal, ayda 175 manat

  • Həvəsləndirici təqaüd: bütün fənlər üzrə minimum 71 bal, ayda 145 manat

  • Adi təqaüd: bütün fənlər üzrə minimum 51 bal, ayda 100 manat

     

DİM balına görə güzəştlər (Ödənişli yerlər üçün)

Bütün ixtisaslar üzrə

  • 690-700 bal toplayanlara təhsil müddətində təhsil haqqına 100% güzəşt, 

  • 650-689 bal toplayanlara 1 illik təhsil haqqına 100% güzəşt, 

  • 600-649 bal toplayanlara 1 illik təhsil haqqına 50% güzəşt.

Riyaziyyat və iqtisadiyyat ixtisasları üçün xüsusi qeyd

  • 650 bal və daha çox toplayanlara təhsil müddətində təhsil haqqına 100% güzəşt, 

  • 600-649 bal toplayanlara 1 illik təhsil haqqına 100% güzəşt. 

 

Qeyd: Güzəştlərin qeyd olunan müddətdə davam etməsi üçün hər semestr üzrə GPA minimum 3.0 olmalıdır.

 

Heyvandarlıq ixtisası üzrə xüsusi güzəşt

  • 400 bal və daha yuxarı toplayanlar təaqüdlü yerlərə müraciət edə bilərlər. Təqaüd bu ixtisas üzrə bütün təhsil müddətini 100% əhatə edən təhsil haqqı güzəştindən ibarətdir. Təhsil haqqı güzəşti kəsirlərə və yay semestrlərinə şamil olunmur. 

  •  Digər yerlərə (təqaüdsüz) bütün qəbul olanlar üçün təhsil müddətində təhsil haqqına 50% güzəşt

 

Qeyd: Güzəştlərin qeyd olunan müddətdə davam etməsi üçün hər semestr üzrə GPA minimum 3.0 olmalıdır.

 

RFO qalibləri üçün güzəştlər

Fizika, informatika və riyaziyyat üzrə RFO üzrə IX-XI sinif qalibləri ADA Universitetinin İnformasiya texnalogiyları və mühəndislik fakültəsinin ixtisaslarına qəbul olduqda təhsil müddətində ödənişsiz təhsil alırlar. Həmin tələbələr akademik göstəricilərinə uyğun olaraq aylıq təqaüd alacaqlar. 

İxtisasların siyahısı:

  • Kompüter elmləri

  • Kompüter mühəndisliyi

  • İnformatika texnologiyaları

  • Elektrik və elektronika mühəndisliyi

  • Riyaziyyat

Qeyd 1: Güzəştlərin qeyd olunan müddətdə davam etməsi üçün hər semestr üzrə GPA minimum 3.0 olmalıdır.

Qeyd 2: Aylıq təqaüd elektrik və elektronika mühəndisliyi ixtisasına şamil olunmur.