ADA Universitetinə qəbul olmağınız münasibətilə sizi təbrik edirik!
ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanı və müsabiqədənkənar qəbul olmuş abituriyentlərdən 28 avqust - 8 sentyabr saat 09:30-dan 17:30-a qədər (şənbə-bazar günləri və nahar fasiləsi istisna olmaqla) qeydiyyatdan keçmələri tələb olunur. Abituriyentin qeydiyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir.
Qeydiyyata gələrkən nəzərə alınmalıdır:
Qeydiyyat 09:30-dan 17:30-dək davam edir. Həftəiçi günlərdə saat 13:00–14:00 arası nahar fasiləsidir və bu müddətdə qeydiyyat aparılmır. Həftəsonları isə qeyri-iş günləri olduğu üçün qeydiyyat həyata keçirilmir.
Qeydiyyat 3 addımdan ibarətdir. Abituriyentlər aşağıdakı addımları tamamlamalıdır.
İlk 2 addımı yerinə yetirməyən abituriyentlər ADA Universitetinə sənədləri təhvil vermək üçün buraxılmayacaqdır.
1-ci addım: Elm və Təhsil Nazirliyinin portalında qeydiyyat
Elm və Təhsil Nazirliyinin portalı üçün keçid
Elm və Təhsil Nazirliyinin portalında qeydiyyat üçün təlimat
2-ci addım: ADA Universitetinin onlayn ərizə formasının doldurulması
ADA Universitetinin onlayn ərizə forması üçün keçid
ADA Universitetinin onlayn ərizə formasının doldurulma qaydası
3-cü addım: ADA Universitetinə sənədlərin təhvil verilməsi
Tələb olunan sənədlər
Sosial statusu təsdiq edən sənəd (əgər varsa)
IELTS/TOEFL sertifikatının əsli (əgər varsa)
Ödəniş qəbzi (ödəniş məbləğləri ilə buradan tanış olun)
Əlavə keçidlər:
Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)
Qeyd: Dövlət sifarişli yerlərə qəbul olan tələbələrdən qeydiyyat zamanı tələbə müqaviləsi təqdim etmək tələb olunmur. Onlar üçün xüsusi müqavilə forması qeydiyyatdan sonra göndəriləcək.
-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları)
-Tələbə müqaviləsi (Maliyyə ixtisası)
-Tələbə müqaviləsi (Memarlıq, Şəhərsalma, Dizayn ixtisasları)
İngilis dili imtahanı barədə məlumat
ADA Universitetinə qəbul olmuş, qeydiyyatdan keçmiş və beynəlxalq ingilis dili sertifikatı olmayan tələbələrdən ingilis dili imtahanı vermək tələb olunur (IELTS, TOEFL və ya Duolingo nəticələri olanlardan başqa). İmtahanın dəqiq günü və saatı barədə məlumat qeydiyyatını tamamlanmış tələbələrə bildiriləcəkdir.
İmtahan barədə Azərbaycan dilində ətraflı məlumat üçün bu sənədə baxın
İmtahan barədə İngilis dilində ətraflı məlumat üçün bu sənədə baxın
Qeydiyyatdan sonra
Qeydiyyat bitdikdən sonra ADA e-mail ünvanınız yaradılacaq və elektron ərizədə qeyd etdiyiniz e-mailə göndəriləcək. ADA e-malinizi mütəmadi yoxlayın.
Yeni tədris ili 8 sentyabr 2025-ci ildə başlayacaq.
Dərslərə qeydiyyatın 1-5 sentyabr 2025 -ci ildə açılması nəzərdə tutulur.
Dərslərə qeydiyyatla bağlı məlumat avqustun sonunadək ADA e-mailinizə göndəriləcəkdir.
Əgər 29 avqusta qədər dərslərə qeydiyyatla bağlı məlumat almasanız registration@ada.edu.az
email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə:
E-poçt: bachelors@ada.edu.az
Telefon: (012) 437 32 35
Daxili nömrələr:130, 291
Zənglərin çoxluğunu nəzərə alaraq suallarınızı e-mail vasitəsilə göndərməyiniz xahiş olunur.