ADA
News

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanları ilə qəbul olan abituriyentlərin onlayn qeydiyyatı

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanları ilə qəbul olan abituriyentlərin onlayn qeydiyyatı

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanları ilə qəbul olmuş abituriyentlərdən onlayn qeydiyyatdan keçmələri tələb olunur.

Abituriyentin qeydiyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Qeydiyyat 3 addımdan ibarətdir:

1.Sənədlərin toplanması

2.Onlayn ərizə formasının doldurulması

3.Təhsil Nazirliyinin portalında qeydiyyat

İlk öncə, qeydiyyat qaydalarının ətraflı izahı ilə tanış olun. Əlaqə məlumatları da aşağıdakı sənəddə, yəni qeydiyyat qaydalarında göstərilmişdir.

Qeydiyyat qaydaları

Onlayn ərizə forması üçün keçid

Onlayn ərizə formasının yazılma qaydası

TƏLƏBƏ MÜQAVİLƏLƏRİ (ixtisasınıza uyğun müqaviləni seçin)

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi və ya İnformasiya Texnologiyaları ixtisası)

-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat ixtisası)

-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisası)

-Tələbə müqaviləsi (Hüquqşünaslıq ixtisası)

ƏLAVƏ SƏNƏDLƏR:

YENİ QƏBUL OLMUŞ TƏLƏBƏLƏR ÜÇÜN VACİB MƏLUMATLAR

Yeni qəbul olmuş və qeydiyyatdan keçmiş tələbələr aşağıdakı addımları tamamlamalıdırlar:

  1. Qeydiyyatınızı tamamladıqdan sonra sizin ADA Universitetinin onlayn xidmətlərindən istifadə üçün məlumatlarınız qeydiyyatda göstərdiyiniz elektron poçta göndəriləcəkdir. ADA e-malinizi açdıqdan sonra onu mütəmadi yoxlayın.
  2. İngilis dili imtahanına dəvət qeydiyyat zamanı göstərdiyiniz e-mailə göndəriləcəkdir. E-mailinizi mütəmadi olaraq yoxlayın.
  3. İngilis dili proqramına başlayan tələbələr https://ada.edu.az/eapp keçidindəki məlumatlar və videolarla tam tanış olmalıdırlar.
  4. Birbaşa əsas proqrama başlayan tələbələr https://ada.edu.az/gened keçidindəki məlumatlar və videolarla tam tanış olmalıdırlar.
  5. Bütün yeni tələbələr aşağıdakı vacib tarixlərlə tam tanış olmalıdırlar.
  6. Bütün yeni tələbələr aşağıdakı sosial media hesablarına qoşulmalıdırlar:
    1. Facebook: https://www.facebook.com/ADAStudentLife 
    2. Instagram: https://www.instagram.com/adauniversitylife/

Vacib tarixlər

Dərslərin başlama tarixi

20 sentyabr

Əsas proqrama başlayacaq tələbələr üçün tanışlıq proqramı (onlayn)
15 sentyabr, 16:00-19:10

İngilis dili proqramına başlayacaq tələbələr üçün tanışlıq proqramı (onlayn)
16 sentyabr, 16:00-18:30 

 

İngilis dili imtahanı barədə məlumat

 

ADA Universitetinə qəbul olmuş və qeydiyyatdan keçmiş tələbələrdən ingilis dili imtahanından keçmək tələb olunur. İmtahanın dəqiq günü və saatı barədə məlumat tələbənin elektron poçtuna göndəriləcəkdir. 

İmtahan barədə Azərbaycan dilində ətraflı məlumat üçün bu sənədə baxın.

İmtahan barədə ingilis dilində ətraflı məlumat üçün bu sənədə baxın.

 

Category: Admissions