ADA
News

ADA Universitetində bakalavr pilləsinə əlavə qəbul

ADA Universitetində bakalavr pilləsinə əlavə qəbul

ADA Universiteti SAT nəticələri ilə müraciət etmiş və gözləmə siyahısında olan namizədlər üçün qeydiyyat prosesini elan edir. Yalnız aşağıda göstərilmiş bütün tələblərə cavab verən namizədlər gözləmə siyahısından müraciət edə bilərlər:

  1. ADA Universitetinin elektron ərizə formasını tamamlamış
  2. SAT ballarını elektron şəkildə ADA Universitetinə göndərmiş
  3. SAT balı minimum 1000 bal olan
  4. Minimum 6.0 IELTS və ya 95 "Duolingo" balı olan

Yuxarıdakı tələblərə uyğun namizədlər 10-14 sentyabr tarixlərində Dövlət İmtahan Mərkəzinə öz SAT ballarını elektron və kağız formatda təqdim etməklə müraciət edə bilərlər. Əlavə qəbul yalnız Riyaziyyat, İqtisadiyyat, Beynəlxalq münasibətlər ixtisasları üzrə aparılır.

Ətraflı məlumat üçün bachelors@ada.edu.az elektron poçtu ilə ADA Universitetinə müraciət etmək olar.

Category: Admissions