ADA
News

İkinci Dünya müharibəsindən bəhs edən “Bir ailə” filminin nümayişi

İkinci Dünya müharibəsindən bəhs edən “Bir ailə” filminin nümayişi

ADA-da film vaxtıdır!

Azərbaycan oğullarının İkinci Dünya müharibəsində əvəzsiz rolundan bəhs edən “Bir ailə” filmi ADA Universitetində nümayiş etdiriləcək.

1943-cü ildə Bakı Kinostudiyası tərəfindən çəkilmiş bu film İkinci Dünya müharibəsində xalqımızın vətənpərvərliyindən və faşizm üzərində qazanılan qələbədə Azərbaycan neftinin rolundan bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal Paşayev, bəstəkarı Qara Qarayev, rejissorları Rza Təhmasib, Mikayıl Məmmədov və Qriqori Aleksandrovdur. Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər. Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir. Bu filmdə Azərbaycan xalqının şücaəti, qəhrəmanlığı, Böyük Vətən müharibəsində qələbə qazanmaq naminə misilsiz xidmətləri tərənnüm olunur.

Əminik ki, film izləyənləri tarixi səyahətə çıxaracaq.

Film nümayişində iştirak üçün qeydiyyat: amuradova@ada.edu.az

Category: University