ADA
News

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanları ilə qəbul olmuş abituriyentlərin qeydiyyat qaydaları

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanları ilə qəbul olmuş abituriyentlərin qeydiyyat qaydaları

Qeydiyyat 3 addımdan ibarətdir. Abituriyentlər aşağıdakı addımları növbəli şəkildə tamamlamalıdırlar. İlk 2 addımı yerinə yetirməyən abituriyentlər ADA Universitetinə sənədləri təhvil vermək üçün buraxılmayacaqdır. Onlayn qeydiyyat addımlarını yerinə yetirərkən sənədləri düzgün və aydın şəkildə skan etmək və onlayn formalarda hər sənədi düzgün yerə yükləmək tələb olunur. Sənədlərin düzgün yüklənilməməsi və ya sənəd şəkillərinin oxunaqlı olmaması abituriyentin qeydiyyatını tamamlamağa imkan verməyəcək. 

1-ci addım: Elm və Təhsil Nazirliyinin portalında qeydiyyat 
2-ci addım: ADA Universitetinin onlayn ərizə formasının doldurulması
3-cü addım: ADA Universitetinə sənədlərin təhvil verilməsi 

İlk öncə, aşağıdakı qeydiyyat qaydaları sənədi ilə tanış olun. Qeydiyyatla bağlı ətraflı məlumat və əlaqə məlumatları aşağıdakı sənəddə, yəni qeydiyyat qaydalarında göstərilmişdir.

Tələbə müqavilələri  (ixtisasınıza uyğun müqaviləni seçin)

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və Elektronika mühəndisliyi və ya İnformasiya Texnologiyaları ixtisası)
-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat ixtisası)
-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisası) 
-Tələbə müqaviləsi (Hüquqşünaslıq ixtisası)

Yeni qəbul olmuş tələbələr üçün vacib məlumatlar

Yeni qəbul olmuş və qeydiyyatdan keçmiş tələbələr aşağıdakı addımları tamamlamalıdırlar:

  1. Qeydiyyatınızı tamamladıqdan sonra sizin ADA Universitetinin onlayn xidmətlərindən istifadə üçün məlumatlarınız qeydiyyat zamanı elektron ərizədə qeyd etdiyiniz elektron poçta göndəriləcəkdir. ADA e-malinizi açdıqdan sonra onu mütəmadi yoxlayın.
  2. Bütün yeni tələbələr aşağıdakı vacib tarixlərlə tam tanış olmalıdırlar.
  3. Bütün yeni tələbələr aşağıdakı sosial media hesablarına qoşulmalıdırlar:

Vacib tarixlər

İngilis dili hazırlığı keçmədən əsas proqrama başlayacaq tələbələr üçün

Tanışlıq proqramı

9 sentyabr, 09:00

Dərslərin başlanma tarixi

12 sentyabr

İngilis dili hazırlığı proqramına başlayacaq tələbələr üçün

İngilis dili imtahanı

Tarix və saatla bağlı məlumat qeydiyyat zamanı bildiriləcəkdir. 

Tanışlıq proqramı

12 sentyabr, 08:30

Dərslərin başlanma tarixi

13 sentyabr. Dərs cədvəli tələbənin ADA Universiteti elektron poçtuna göndəriləcəkdir.

 

İngilis dili hazırlığı keçmədən əsas proqrama başlayacaq tələbələr üçün

Tanışlıq proqramı

8 sentyabr, 08:30

Dərslərin başlanma tarixi

11 sentyabr

İngilis dili hazırlığı proqramına başlayacaq tələbələr üçün

İngilis dili imtahanı

Tarix və saatla bağlı məlumat qeydiyyat zamanı bildiriləcəkdir

Tanışlıq proqramı

11 sentyabr, 08:30

Dərslərin başlanma tarixi

14 sentyabr. Dərs cədvəli tələbənin ADA Universiteti elektron poçtuna göndəriləcəkdir


İngilis dili imtahanı barədə məlumat

ADA Universitetinə qəbul olmuş və qeydiyyatdan keçmiş tələbələrdən ingilis dili imtahanından keçmək tələb olunur (IELTS, TOEFL və ya Duolingo nəticələri olanlardan başqa). İmtahanın dəqiq günü və saatı barədə məlumat qeydiyyatını tamamlanmış tələbələrə bildiriləcəkdir.

İmtahan barədə Azərbaycan dilində ətraflı məlumat üçün bu sənədə baxın

İmtahan barədə ingilis dilində ətraflı məlumat üçün bu sənədə baxın 

Category: Admissions