Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzi “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramına 2023-2024-cü tədris ilində iştirak üçün sənəd qəbulu elan edir.
“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Dərslər Azərbaycan və ingilis dillərində tədris olunacaqdır.
İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada aparılacaqdır. Aşağıda qeyd olunmuş dərslər cari ilin oktyabr ayından başlayaraq ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə, digər vaxtlar isə ADA Universitetinin "Blackboard" öyrənmə platforması üzərindən onlayn həyata keçiriləcəkdir:
Dərslər oktyabr ayında başlayacaq.
Vaşinqton Mərhələsi
Proqramın ABŞ-da keçiriləcək hissəsinin 4-5 həftə müddətinə tamamilə əyani və ingilis dilində 2024-cü ilin fevral - mart ayında keçirilməsi nəzərdə tutulmuşdur (fevral-mart və ya aprel-may).
Bu müddət ərzində proqram iştirakçıları yuxarıda qeyd olunan dərslərdən əlavə, ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcəklər. Həmçinin, iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət mərkəzlərini də ziyarət edəcək, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar.
Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.
İştirak üzrə tələblər və seçim meyarları:
Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:
Proqramın ABŞ komponentinə seçim 3 meyardan ibarətdir:
Qeyd: ehtiyac yaranarsa, iştirakçı barədə aidiyyatı qurumlardan xasiyyətnamələr tələb oluna bilər.
Tələb olunan sənədlər:
Sənədlər 04 sentyabr 2023-cü il tarixinədək qəbul olunacaq. Əlaqə üçün: bmm@ada.edu.az
Qeyd: Onlayn ərizəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.
ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və Azərbaycan Respublikasında təhsilin inkişafına öz töhfəsini verməyə hazır olan namizədləri gözləyir.