ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanı ilə, beynəlxalq olimpiada və RFO qalibi kimi qəbul olmuş abituriyentlərin qeydiyyat qaydaları

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanı ilə, beynəlxalq olimpiada və RFO qalibi kimi qəbul olmuş abituriyentlərin qeydiyyat qaydaları

19.08.2026

Hörmətli abituriyent,

ADA Universitetinə qəbul olmağınız münasibətilə sizi təbrik edirik! 

ADA Universitetinin bakalavr pilləsinə DİM imtahanı və müsabiqədənkənar qaydada qəbul olunmuş abituriyentlər onlayn qeydiyyatı 4 sentyabr tarixinədək tamamlamalıdırlar Qeydiyyat prosesi onlayn həyata keçirilir və bunun üçün ADA Universitetinə gəlməyə ehtiyac yoxdur. Abituriyentin qeydiyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Beynəlxalq Olimpiada və RFO qalibi kimi qəbul olmuş abituriyentlərin

qeydiyyat prosesi 2 addımdan ibarətdir.

Abituriyentlər aşağıdakı addımları tamamlamalıdır.

1-ci addım: ADA Universitetinin elektron ərizə formasının doldurulması

ADA Universitetinin onlayn ərizə forması üçün keçid

ADA Universitetinin onlayn ərizə formasının doldurulma qaydası

2-ci addım: Elm və Təhsil Nazirliyinin portalında elektron qeydiyyat

Elm və Təhsil Nazirliyinin portalı üçün keçid 
Elm və Təhsil Nazirliyinin portalında qeydiyyat üçün təlimat 

DİM imtahanı ilə qəbul olmuş abituriyentlərin

qeydiyyat prosesi 2 addımdan ibarətdir.

Abituriyentlər aşağıdakı addımları tamamlamalıdır.

1-ci addım: Elm və Təhsil Nazirliyinin portalında elektron qeydiyyat

Elm və Təhsil Nazirliyinin portalı üçün keçid 
Elm və Təhsil Nazirliyinin portalında qeydiyyat üçün təlimat 

2-ci addım: ADA Universitetinin elektron ərizə formasının doldurulması

ADA Universitetinin onlayn ərizə forması üçün keçid

ADA Universitetinin onlayn ərizə formasının doldurulma qaydası

ADA Universitetinin elektron ərizə formasını özüm tamamlayıram

  • ADA Universitetinin elektron ərizə formasını özünüz tamamlamaq üçün elektron ərizə formasını doldurun və sonda 40 AZN məbləğində elektron ərizə haqqını (qaytarılmayan məbləğ) onlayn ödəyin;

  • Tələb olunan sənədləri elektron ərizə formasına yükləyin; 

Tələb olunan sənədlərin siyahısı:

  • Abituriyentin şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü)

  • İxtisasa uyğun tələbə müqaviləsi (tələbə özü və hər iki valideyn və ya rəsmi qəyyum tərəfindən imzalanmış)

  • Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti (hər iki üzü) (18 yaş tamam olmadığı halda)

  • Doğum haqqında şəhadətnamənin surəti (18 yaş tamam olmadığı halda)

  • Sosial statusu təsdiq edən sənəd (əgər varsa)

  • IELTS/TOEFL sertifikatının əsli (əgər varsa)

  • Ödəniş qəbzi (ödəniş məbləğləri ilə buradan tanış olun)

ADA Universitetinin elektron ərizə formasını tamamlamaq üçün dəstək lazımdır

ADA Universitetinin elektron ərizə formasının özünüz tamamlaya bilmədiyiniz halda Universitet əməkdaşları elektron ərizənin doldurulması və sənədlərin sistemə yüklənməsi prosesində sizə texniki dəstək göstərəcəklər.

Dəstək almaq üçün abituriyent 24 avqust – 4 sentyabr tarixlərində, həftəiçi günlərdə saat 10:00-dan 16:00-dək tələb olunan sənədlərlə birlikdə ADA Universitetinə şəxsən və valideynləri ilə birlikdə yaxınlaşmalıdır. Həftəiçi günlərdə saat 13:00-dan 14:00-dək nahar fasiləsi olduğuna görə bu müddətdə qeydiyyat aparılmır. Şənbə və bazar günləri də qeydiyyat həyata keçirilmir.

ADA Universitetə yaxınlaşarkən aşağıdakıları nəzərə alın:

  • Tələb olunan sənədlər (yuxarıda qeyd olunmuşdur) tam doldurulmuş və imzalanmış şəkildə kağız və ya elektron formatda (skan edilmiş nüsxələr) təqdim edilməlidir. 

Qeyd: Sənədləri tam təqdim etməyən abituriyentlərin qeydiyyatı yekunlaşdırılmayacaq. 

Abituriyentin şəxsən iştirakı mütləqdir. Müqavilənin hər iki nüsxəsi hər iki valideyn tərəfindən əvvəlcədən imzalandığı halda valideynlərin iştirakı tələb olunmur. 

Təhsil haqqı nağd şəkildə qəbul edilmir. Ödəniş Universitetə gəlməzdən əvvəl həyata keçirilməli və ödəniş qəbzi təqdim edilməlidir. 

Əlavə keçidlər:

Ödəniş Forması

Onlayn ödəniş üçün keçid 

Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)

Qeyd: Dövlət sifarişli yerlərə qəbul olan tələbələrdən qeydiyyat zamanı tələbə müqaviləsi təqdim etmək tələb olunmur. Onlar üçün xüsusi müqavilə forması qeydiyyatdan sonra e-mail vasitəsilə göndəriləcək.

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi və ya İnformasiya texnologiyaları ixtisasları) 

-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları) 

-Tələbə müqaviləsi (Maliyyə ixtisası)

-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisasları)

-Tələbə müqaviləsi (Hüquq)

-Tələbə müqaviləsi (Kənd təsərrüfatı texnologiyaları və ya Qida texnologiyaları, Heyvandarlıq ixtisasları) 

-Tələbə müqaviləsi (Memarlıq, Şəhərsalma, Dizayn ixtisasları) 

İngilis dili imtahanı barədə məlumat

ADA Universitetinə qəbul olmuş, qeydiyyatdan keçmiş və beynəlxalq ingilis dili sertifikatı olmayan tələbələrdən ingilis dili imtahanı vermək tələb olunur (IELTS, TOEFL və ya Duolingo nəticələri olanlardan başqa). İmtahanın dəqiq günü və saatı barədə məlumat qeydiyyatı tamamlanmış tələbələrə qeydiyyatdan keçən zaman yazdığı e-mail vasitəsilə bildiriləcəkdir. İmtahan verənlər özləri ilə şəxsiyyət vəsiqəsi  və elektron ünvana göndərilmiş imtahana buraxılış vərəqəsini  çap edib gətirməli və imtahan başlamazdan bir saat əvvəl ADA Universitetinin  binası qarşısında olmalıdırlar.

İmtahan barədə İngilis dilində ətraflı məlumat üçün bu sənədə baxın 

Qeydiyyatdan sonra

Qeydiyyat bitdikdən sonra ADA e-mail ünvanınız yaradılacaq və elektron ərizədə qeyd etdiyiniz e-mailə göndəriləcək. ADA e-malinizi mütəmadi yoxlayın.

Yeni tədris ili 7 sentyabr 2026-cı ildə başlayacaq.

Yeni qəbul olan tələbələr ilə tanışlıq proqramı – sentyabrın 3-də, 

Akademik Məqsədlər üçün İngilis dili (EAPP) proqramına qəbul olanlar ilə tanışlıq proqramı – sentyabrın 4-də olacaq. 

IT məlumatlarını əldə etdikdən sonra dərslərə qeydiyyat ilə bağlı məlumatları registration@ada.edu.az elektron poçt ünvanından alacaqsınız.

Əlaqə:

E-poçt: bachelors@ada.edu.az
Telefon:(012)4373235
Daxili nömrələr:130, 291

Zənglərin çoxluğunu nəzərə alaraq suallarınızı e-mail (bachelors@ada.edu.az) vasitəsilə göndərməyiniz xahiş olunur.